...

Türkiyə XİN-dən ABŞ-a İTTİHAM: Suriyadakı terrorçuları açıq şəkildə dəstəkləyir

Dünya xəbərləri Materials 31 May 2018 11:17 (UTC +04:00)
ABŞ Suriyadakı terrorçuları açıq şəkildə dəstəkləyir.
Türkiyə XİN-dən ABŞ-a İTTİHAM: Suriyadakı terrorçuları açıq şəkildə dəstəkləyir

Bakı. Rufiz Hafizoğlu - Trend:

ABŞ PKK terror təşkilatının Suriya qanadı olan PYD və YPG döyüşçülərinin fəaliyyətini açıq şəkildə dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir qeyd edib ki, ABŞ Suriyada Türkiyə ilə birgə terrorizmlə mübarizə aparmaq əvəzinə, terrorçularla əməkdaşlığı üstün tutur:

"Terrorizmlə mübarizə apardığını təsdiq edən bir dövlət (ABŞ - red.) terrorçulara dəstək verməməlidir".

M.Çavuşoğlu bildirib ki, Türkiyə Suriyada terrorçularla mübarizə aparan yeganə ölkədir.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-ı Suriyada PYD və YPG döyüşçülərinə hərbi dəstək verməkdə ittiham edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti