...

İraqın şimalında 3 partlayış baş verib, çox sayda yaralı var

Dünya xəbərləri Materials 1 İyul 2018 11:19 (UTC +04:00)
İraqın Kərkük şəhərində seçki bülletenlərinin olduğu anbarların yaxınlığında 3 partlayış baş verib
İraqın şimalında 3 partlayış baş verib, çox sayda yaralı var

Bakı. Trend:

İraqın Kərkük şəhərində seçki bülletenlərinin olduğu anbarların yaxınlığında 3 partlayış baş verib.

Trend-in məlumatına görə, partlayışlar nəticəsində azı 14 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

İlk partlayış idman və gənclər mərkəzi yaxınlığında, ikinci partlayış şəhərin cənubunda, üçüncü partlayış isə hərbi rayonda baş verib.

Partlayışlardan sonra naməlum silhalılarla polislər arasında atışma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti