...

Türkiyədən YENİ ƏMƏLİYYAT və daha 11 PKK terrorçusu öldürüldü

Dünya xəbərləri Materials 4 İyul 2018 15:09 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında həyata keçirdiyi əməliyyat çərçivəsində 11 PKK terrorçusunu məhv edib
Türkiyədən YENİ ƏMƏLİYYAT və daha 11 PKK terrorçusu öldürüldü

Bakı. Rufiz Hafizoğlu – Trend:

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında daha bir əməliyyat həyata keçirib.

Trend-in məlumatına görə, əməliyyat barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər yayıb.

Qeyd edilir ki, əməliyyat çərçivəsində 11 PKK terrorçusu məhv edilib.

Məlumata gröə, əməliyyatlar Avaşin və Baysan rayonlarında həyata keçirilib. Bu bölgələrdə PKK-nin bir neçə dayaq məntəqəsi də məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti