...

Pompeo yenidən Pxenyana səfər edə bilər

Dünya xəbərləri Materials 6 Avqust 2018 22:22 (UTC +04:00)
ABŞ dövlət katibi Mayk Pompeo yenidən Pxenyana səfər edə bilər
Pompeo yenidən Pxenyana səfər edə bilər

Bakı. Trend:

ABŞ dövlət katibi Mayk Pompeo yenidən Pxenyana səfər edə bilər.

Trend-in məlumatına görə, bu barədə "Fox" televiziyasının efirində ABŞ prezidenti Donald Trampın təhlükəsizlik üzrə köməkçisi Con Bolton bildirib.

Onun sözlərinə görə, M.Pompeo Pxenyana KXDR prezidenti ilə denuklearizasiya məsəsləsini müzakirə etmək üçün səfər edə bilər.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo aprel, may və iyul aylarında Pxenyana səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti