...

Tramp "Google"u tənqid etdi: "Bu məsələyə baxılacaq"

Dünya xəbərləri Materials 28 Avqust 2018 19:07 (UTC +04:00)
"Yalançı CNN-ə yer verilir, qərəzsiz KİV-lər isə buraxılmır".
Tramp "Google"u tənqid etdi: "Bu məsələyə baxılacaq"

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, "Google" onun barəsində axtarış aparılan zaman ilk növbədə "yalançı KİV-lərin pis süjetləri"ni verməklə nəticələri "qarışdırır".

Trend-in məlumatına görə, bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.

Dövlət başçısı qeyd edib: "Başqa sözlə, onlar nəticələri həm mənim, həm də digərləri üçün qarışdırırlar. Yalançı CNN-ə yer verilir, qərəzsiz KİV-lər isə buraxılmır. Bu, qanunidirmi?"

ABŞ Prezidenti əlavə edib ki, "Google" və digərləri konservantların səsini boğur və yaxşı məlumatları gizlədir: "Bu, çox ciddi vəziyyətdir. Məsələyə baxılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti