...

Yaponiyada hava limanı su altında qaldı

Dünya xəbərləri Materials 4 Sentyabr 2018 13:21 (UTC +04:00)
Yaponiyada son 25 ilin ən güclü qasırğası hesab olunan "Cebi" fəsadlar törətməkdə davam edir
Yaponiyada hava limanı su altında qaldı

Bakı. Trend:

Yaponiyada son 25 ilin ən güclü qasırğası hesab olunan "Cebi" fəsadlar törətməkdə davam edir.

Trend-in məlumatına görə, Osaka şəhərinin beynəlxalq hava limanı su altında qalıb.

Qeyd olunur ki, hava limanının uçuş-eniş zolağı, eləcə də dayanacağı yararsız hala düşüb.

Hadisə ilə əlaqədar 700-dən çox aviareys təxirə salınıb.

Bundan başqa, "Toyota" avtomobil şirkəti ölkə boyunca 14 zavodda gecə növbəsində işləri dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti