...

"Florens" bəlası: ABŞ-da 1000-dən çox reys ləğv olundu

Dünya xəbərləri Materials 13 Sentyabr 2018 17:46 (UTC +04:00)
ABŞ-ın cənub-şərq bölgələrindəki hava limanlarında “Florens” qasırğasının yaxınlaşması ilə əlaqədar 1,4 minə yaxın reys ləğv edilib
"Florens" bəlası: ABŞ-da 1000-dən çox reys ləğv olundu

Bakı. Trend:

ABŞ-ın cənub-şərq bölgələrindəki hava limanlarında “Florens” qasırğasının yaxınlaşması ilə əlaqədar 1,4 minə yaxın reys ləğv edilib.

Trend-in məlumatına görə, sahil bölgələrində yerləşən hava limanları həftə sonuna qədər bağlanıb.

Cənubi Karolina ştatının Çarlston şəhərində və Şimali Karolina ştatının Uilminqton şəhərində hava limanları fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Atlantik okeanı üzərində tüğyan edən “Florens” artıq ikinci kateqoriyayadək zəifləyib. Qasırğa saatda 27 kilometr sürətlə ABŞ sahillərinə doğru irəliləyir. Bununla əlaqədar Şimali və Cənubi Karolina, Virginiya, Merilend, eləcə də paytaxt Vaşinqtonda fövqəladə vəziyyət elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti