...

Ərdoğan: Türkiyənin Rusiya ilə birgə PYD və YPG-yə qarşı hərbi əməliyyatlara başlayacağı istisna deyil

Dünya xəbərləri Materials 28 Sentyabr 2018 10:14 (UTC +04:00)
Türkiyənin Rusiya ilə birgə PYD və YPG-yə qarşı hərbi əməliyyatlara başlayacağı istisna deyil.
Ərdoğan: Türkiyənin Rusiya ilə birgə PYD və YPG-yə qarşı hərbi əməliyyatlara başlayacağı istisna deyil

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Rusiya ilə birgə Fərat çayının şərqində PYD və YPG terror qruplaşmalarına qarşı hərbi əməliyyatlara başlayacağı istisna deyil.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı bildirib ki, tərəflər PYD və YPG terrorçularına qarşı birgə fəaliyyət planını hələ müzakirə etməyiblər.

Onun sözlərinə görə, ABŞ PYD və YPG terrorçularının Suriyanın Mənbic şəhərindən çıxarılması ilə bağlı vədinə əməl etmədi:

"Türkiyə və Birləşmiş Ştatlar arasında əldə olunmuş razılaşmaya əsasən, PYD və YPG bölmələri 90 gün ərzində Mənbicdən çıxmalı idi, lakin bu baş vermədi".

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə, Rusiya və İranın birgə səyləri artıq Suriyada öz müsbət nəticəsini verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti