...

Əfqanıstanda 28 terrorçu məhv edilib

Dünya xəbərləri Materials 1 Yanvar 2019 07:15 (UTC +04:00)
Əfqanıstanın Nanqarhar əyalətində Hərbi Hava Qüvvələrinin təyyarələri İŞİD terrorçularının mövqelərinə zərbələr endiriblər
Əfqanıstanda 28 terrorçu məhv edilib

Bakı. Trend:

Əfqanıstanın Nanqarhar əyalətində Hərbi Hava Qüvvələrinin təyyarələri İŞİD terrorçularının mövqelərinə zərbələr endiriblər.

Trend-in məlumatına görə, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilir.

Bildirilir ki, hava zərbələri terrorçuların Açin rayonunun Şalhi kəndində yerləşən gizli sığınacağına endirilib.

Məlumata əsasən, məhv edilən terrorçular arasında İŞİD-in yüksək rütbəli 3 üzvü də olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti