...

Əfqanıstanda yenə də PARTLAYIŞ: 18 ölü

Dünya xəbərləri Materials 21 Yanvar 2019 10:58 (UTC +04:00)
Maydanşəhr şəhərində partlayış olub.
Əfqanıstanda yenə də PARTLAYIŞ: 18 ölü

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildən cənub-qərbdə, Maydanşəhr şəhərində partlayış olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində ən azı 18 nəfər ölüb, 27 nəfər yaralanıb.

Yerli KİV-lər taliblərə məxsus minalanmış avtomobilin Əfqanıstan xüsusi xidmət orqanlarının bazasının yaxınlığında partladığını yazır.

"Tolo News" telekanalı üç hücumçunun məhv edildiyini bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti