...

Nursultan Nazarbayev istefa verib

Dünya xəbərləri Materials 19 Mart 2019 17:09 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev vəzifəsindən getdiyini açıqlayıb
Nursultan Nazarbayev istefa verib

Bakı. Trend:

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev vəzifəsindən getdiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə N.Nazarbayev özü xalqa müraciətində deyib.

Ölkə prezidenti səlahiyyətlərini növbəti seçkilərədək Qazaxıstan Senatının spikeri Kasım-Jomar Tokayev icra edəcək.

Qeyd edək ki, Nursultan Nazarbayev 1990-cı ildən ölkəyə rəhbərlik edib. 2015-ci ildə o, beşinci müddətə prezident seçilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti