Bakı. Trend:
"Avro 2020" seçmə mərhələsi çərçivəsində futbol üzrə Türkiyə və Fransa yığmaları qarşılaşıb.
Trend-in məlumatına görə, Türkiyədə "Konya Böyükşehir" stadionunda keçirilən oyun, meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qollar: Kan Ayxan (30-cu dəqiqə), Cengiz Ünder (40-ci dəqiqə).
Beləliklə, Türkiyə üç matçda 9 xal toplayıb və H qrupunda birinci pilləyə yüksəlib. Fransa altı xalla ikincidir.