...

ABŞ-da təyyarə qəzaya uğrayıb: 10 nəfər ölüb

Dünya xəbərləri Materials 1 İyul 2019 04:22 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Texas ştatında iki mühərrikli təyyarəsin qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə yerli telekanal CBS DFW xəbər verib.

Məlumata əsasən, hadisə Dallas dairəsinin Eddison şəhərində baş verib.

Qeyd edilir ki, təyyarə hava limanının anqarına çırpılıb. Bunda sonra təyyarə alovlanaraq məhv olunub.

Deyilir ki, təyyarədə olan insanlardan heç biri sağ qalmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti