Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin Kuril adaları ilə bağlı İosif Stalinin yanaşmasnı qiymətləndirib.
Trend-in məlumatına görə, V.Putin 1945-ci ildə Kuril adalarının SSRİ-nin tərkibinə qatılmasını “başlanğıc nöqtə” kimi qələmə verib.
O bildirib ki, bu məsələyə 1945-ci il mövqeyindən yanaşmaq lazımdır: “Gəlin, bu məqamı başlanğıc nöqtə kimi qəbul edək. Ata hər şeyi aldı və məsələ bitdi. Xalqların atası!”