...

Hindistanda turistlərin olduğu qayığın aşması nəticəsində 12 nəfər ölüb

Dünya xəbərləri Materials 15 Sentyabr 2019 20:16 (UTC +04:00)
Bazar günü Hindistanın Andhra vilayətində Godavari çayında turistlərin olduğu motorlu qayığın aşması nəticəsində ən azı 12 nəfər boğulub və 20-dən çox insan itkin düşüb
Hindistanda turistlərin olduğu qayığın aşması nəticəsində 12 nəfər ölüb

Bakı. Trend:

Bazar günü Hindistanın Andhra vilayətində Godavari çayında turistlərin olduğu motorlu qayığın aşması nəticəsində ən azı 12 nəfər boğulub və 20-dən çox insan itkin düşüb.

Trend-in məlumatına görə, qayığın göyərtəsində təxminən 60 nəfər olub, onlardan 20-si xilas edilib. Faciə Devipatnam kəndi ərazisində baş verib. İtkin düşənlərin axtarışına xilasedicilər və helikopterlər cəlb olunub. Aşan qayığın yerli turizm şöbəsinə məxsus olduğu bildirilir.

Qeyd edək ki, sentyabrın 13-də dini festival zamanı Madhya Pradeşdə vilayətində motorlu qayığın aşması nəticəsində 11 nəfər ölmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti