...

Fransada, dekabrın 5-də qatarların 90%-ı tətil səbəbiylə işləməyəcək

Dünya xəbərləri Materials 4 Dekabr 2019 03:29 (UTC +04:00)
Fransa Milli Dəmir Yolları Cəmiyyəti (SNCF) hökumətin təklif etdiyi pensiya islahatlarına qarşı peşə tətili səbəbiylə 5 dekabrda sürətli qatarların 90% reyslərini ləğv edəcək
Fransada, dekabrın 5-də qatarların 90%-ı tətil səbəbiylə  işləməyəcək

Bakı. Trend:

Fransa Milli Dəmir Yolları Cəmiyyəti (SNCF) hökumətin təklif etdiyi pensiya islahatlarına qarşı peşə tətili səbəbiylə 5 dekabrda sürətli qatarların 90% reyslərini ləğv edəcək.

Trend-in məlumatına görə, bundan əlavə, həmin gün "Eurostar" dəmiryol ekspreslərinin 50% və "Thalys" qatarlarının 30% reysləri ləğv ediləcəkdir.

Tətil ilə əlaqədar olaraq Fransa paytaxtının metrosunun qrafikində də dəyişikliklər olacaq. Paris Muxtar Nəqliyyat İdarəsindən (RATP) verilən məlumata görə, dekabrən 5-də 11 metro xətti bağlanacaq, digər istiqamətlərdə qatarların hərəkəti məhdudlaşdırılacaq. Avtobuslar və tramvaylar gecikmə ilə işləyəcək.

Mülki Aviasiya Baş İdarəsi, kütləvi etirazlar səbəbiylə 5 dekabr uçuşlarının təxminən 20% -nin ləğv ediləcəyini bildirib. Air France eyni gündə daxili uçuşların 70%-ni və orta mənzilli uçuşların 85%-ni yerinə yetirəcək.

Dekabrın 5-də Fransada pensiya islahatı layihəsinə qarşı kütləvi etiraz aksiyası keçiriləcək. Nümayişdə dəmiryolçuların, hava yolları işçilərinin, tələbələrin və müəllimlərin iştirak edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti