...

ABŞ Somalidə "Əş-Şəbab" qruplaşmasının üç silahlısını məhv etdi

Dünya xəbərləri Materials 20 Fevral 2020 00:13 (UTC +04:00)
ABŞ Hərbi Hava Qüvvələri "Əş-Şəbab" qruplaşmasının məntəqəsinə aviazərbə endirdi
ABŞ Somalidə "Əş-Şəbab" qruplaşmasının üç silahlısını məhv etdi

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələrinin Komandanlığı (AFRIKOM) Somali hökuməti ilə razılaşdırılmış şəkildə ölkənin paytaxtı Moqadişodan cənub-qərbdə yerləşən Vədacir bölgəsindəki "Əş-Şabab" qruplaşmasının məntəqəsinə hava zərbəsinin endirdiyini açıqladı.

Trend-in məlumatına görə, ilkin məlumatlara əsasən qruplaşmanın 3 üzvü məhv edilib.

Aviazərbə Somalinin hökumət hissələrinin ölkədəki Afrika Birliyinin sülhməramlı Missiyasının qüvvələri ilə birlikdə "Əş-Şəbab" dəstələrinin ölkənin cənubunda yerləşən Şabelle bölgəsindəki iki ordu bazasına hücum etməsindən qısa müddət sonra həyata keçirilib. Məlumata görə, döyüş zamanı hökumət qüvvələrinin itkisi 12 nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti