...

Hindistanda zavodda qaz sızması nəticəsində 9 nəfər ölüb

Dünya xəbərləri Materials 7 May 2020 10:29 (UTC +04:00)
Hindistanın cənubundakı Visakhapatnam şəhərində kimya zavodunda qaz sızması nəticəsində azı 9 nəfər həlak olub
Hindistanda  zavodda qaz sızması nəticəsində 9 nəfər ölüb

Bakı. Trend:

Hindistanın cənubundakı Visakhapatnam şəhərində kimya zavodunda qaz sızması nəticəsində azı 9 nəfər həlak olub.

Trend-in məlumatına görə, 1000 nəfərə yaxın şəxs müxtəlif xəstəxanalara yerləşdirilib.

Ölü sayının daha çox olacağı ehtimal edilir.

Zavod yaxınlığındakı yaşayış bölgələrində təxliyə aparılır. Evlərdə huşsuz vəziyyətdə qalanların olduğu deyilir.

Qeyd olunur ki, qaz sızması koronavirus pandemiyası ilə əlaqədar hazırda bağlı olan “LG Polymers” zavodunda baş verib. Zavodda işləyənlər olmadığı üçün sızmanın qarşısını qısa müddətdə almaq mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti