Bakı. Trend:
Suriyanın Hələb şəhərində yaşayış binasının çökməsi nəticəsində ən azı dörd nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə SANA agentliyi bildirib.
Məlumata əsasən, xilasedicilər dördmərtəbəli binanın çökməsi yerində axtarışları davam etdirir.
Hazırda hadisənin səbəbləri barədə məlumat verilməyib.