Bakı. Trend:
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Suriyaya səfər edib.
Trend-in məlumatına görə, nazirin Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşü planlaşdırılıb.
Bundan başqa, S.Lavrovun suriyalı həmkarı Valid Muallimlə görüşü gözlənilir.
Qeyd edək ki, bu, rusiyalı nazirin Suriyaya 2012-ci ilin fevralından sonra ilk səfəridir.