...

Suriyada ABŞ helikopteri qəzaya uğrayıb

Dünya xəbərləri Materials 15 Sentyabr 2020 14:05 (UTC +04:00)
Suriyada ABŞ helikopteri qəzaya uğrayıb

Bakı. Trend:

Suriyanın şimalındakı Əl-Həsəkə əyalətində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə Tel-Həddad kəndi yaxınlığında baş verib.

Qeyd olunur ki, helikopterin düşdüyü ərazi ABŞ qoşunları tərəfindən mühasirəyə alınıb. Hər hansı itkilərin olub-olmaması barədə məlumat verilməyib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti