...

Suriyada güclü partlayış baş verib

Dünya xəbərləri Materials 18 Sentyabr 2020 02:09 (UTC +04:00)
Suriyada güclü partlayış baş verib

Bakı. Trend:

Suriyanın Bosra şəhərində güclü partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, terrorçular partlayıcı maddələrlə doldurulmuş avtomobili məhkəmə binasının yaxınlığında partladıblar.

Bildirilir ki, dinc əhali arasında xəsarət alanlar var, şəhərə maddi ziyan vurulub.

İnsident nəticəsində xəsarət alanların sayı barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti