Bakı. Trend:
Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında bir sıra aviareys ləğv edilib və ya təxirə salınıb.
Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, "Dovomodedovo" hava limanında isə 16 aviareys ləğv edilib, 2 aviareys təxirə salınıb.
Bildirilir ki, "Şeremetyevo" hava limanında 1 aviareys təxirə salınıb, 5 aviareys ləğv edilib, "Vnukovo" hava limanında isə 9 aviareys ləğv edilib.
Aviareyslərinə ləğv edilməsinin və təxirə salınmasının səbəbi barədə məlumat verilmir.