...

İranın Tehran vilayətində fəaliyyətlər dayandırıldı

Dünya xəbərləri Materials 3 Oktyabr 2020 20:14 (UTC +04:00)
İranın Tehran vilayətində fəaliyyətlər dayandırıldı

Bakı. Elnur Bağışov – Trend:

İranın Tehran vilayəti valiliyi koronavirusun yenidən yayılması səbəbi ilə 3-10 oktyabrda vilayətdə müəyyən fəaliyyətlərin dayandırılmasına qərar verib.

Bu, Tehran vilayəti valiliyinin qərarında öz əksini tapıb. Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Belə ki, qeyd olunan müddətdə Tehran vilayətinin universitet, orta məktəblər, texniki və peşə təlim mərkəzləri, kurslar, kitabxanaları, məscidləri, kinoteatrları, muzeyləri, restoranları, gözəllik salonlarının fəaliyyət göstərməsi qadağan edilib.

Qeyd olunan müddətdə istənilən ictimai, mədəni, dini və digər tədbirləri təşkil etmək, çayxanalar, zoopark və lunaparklar, idman zallarının fəaliyyət göstərməsi qadağandır.

Qeyd edək ki, bu günədək İranda 468 119 nəfər koronavirusa yoluxub, 26 746 nəfər ölüb və 387 675 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti