...

G7 ölkələri inkişaf etməkdə olan ölkələrdə qızların məktəb təhsilinə 15 milyard dollar ayıracaq

Dünya xəbərləri Materials 3 May 2021 07:26 (UTC +04:00)
G7 ölkələri inkişaf etməkdə olan ölkələrdə qızların məktəb təhsilinə 15 milyard dollar ayıracaq

Bakı. Trend:

"Yeddilər qrupu" (G7) ölkələri inkişaf etməkdə olan ölkələrdə qadınların məktəb təhsilini dəstəkləmək üçün yaxın iki ildə 15 milyard dollar xərcləməyi planlaşdırırlar.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi bildirib.

G7 üzvü olan ölkələr ayrılmış maliyyə vəsaitləri sayəsində az gəlirli ölkələrdə yaşayan 40 milyondan çox qızların 2026-cı ilədək məktəbə getməsinə imkan eldə olunacağına və bu ölkələrdən 20 milyon 10 yaşına qədər qızların oxumağı öyrənəcəyini ümid edirlər.

15 milyard dolların G7 ölkələri tərəfindən 2018-ci ildə başlanılan inkişaf maliyyə qurumları arasında əməkdaşlığın - 2X Challenge mexanizmi çərçivəsində paylanacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti