...

Afrikada koronavirusa yoluxanların sayı 7 milyonu ötüb - ÜST

Dünya xəbərləri Materials 11 Avqust 2021 05:01 (UTC +04:00)
Afrikada koronavirusa yoluxanların sayı 7 milyonu ötüb - ÜST

Bakı. Trend:

Afrikada koronavirusa yoluxanların sayı 7 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyindən bildiriblər.

Məlumata əsasən, hazırkı dövrədək Afrikada koronavirusa 7 054 430 nəfər yoluxub, onlardan 178 243 nəfəri vəfat edib, 6,1 milyondan artıq insan isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma və ölüm halları Cənubi Afrika Respublikasında (CAR) qeydə alınıb - 2 540 022 yoluxma və 75 012 ölüm halı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti