...

İspaniyada üç mərtəbəli yaşayış binası çöküb

Dünya xəbərləri Materials 26 Avqust 2021 02:47 (UTC +04:00)
İspaniyada üç mərtəbəli yaşayış binası çöküb

Bakı. Trend:

Üç mərtəbəli yaşayış binasının qismən çökməsi İspaniyanın Penyiskola yaşayış məntəqəsində baş verib.

Trend-in məlumatına görə, bu barədə "El Periodic" qəzeti xəbər verib.

Məlumata əsasən, ən azı üç nəfər dağıntılar altındadır. Onlardan biri tapılıb, lakin hələlik yaşayış binasını dağıntılar altından xilas etmək mümkün olmayıb.

Hadisə yerində yanğınsöndürmə xidməti və xilasedicilər işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti