...

"Omicron" Belçikada dominant ştamm olub

Dünya xəbərləri Materials 26 Dekabr 2021 09:28 (UTC +04:00)
"Omicron" Belçikada dominant ştamm olub

Bakı. Trend:

Koronavirusun "omicron" variantı Belçikada dominant ştamm olub və ilin sonuna qədər ölkədə yeni yoluxanların 90%-dən çoxunda aşkarlanacağı gözlənilir.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Lyoven və Xasselt universitetlərinin virusoloqları bildirib.

Dekabrın 25-də "omikron" ştammının payına payızda Belçikada üstünlük təşkil edən "delta" ştammı qədər yeni yoluxan düşüb. Son iki həftə ərzində ölkədə yeni ştamma yoluxma hallarının sayı sürətlə artıb. Viroloqlar qeyd edirlər ki, növbəti həftə ərzində yeni yoluxanların təxminən 90%-də "omicron" ştammı aşkar ediləcək.

Belçikada son bir həftə ərzində gündə orta hesabla yoluxma sayı 7 011 olub ki, bu da bir həftə əvvəlkindən 36% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti