...

Belçikada koronavirusla bağlı yeni məhdudiyyətlər qüvvəyə minib

Dünya xəbərləri Materials 27 Dekabr 2021 00:33 (UTC +04:00)
Belçikada koronavirusla bağlı yeni məhdudiyyətlər qüvvəyə minib

Bakı. Trend:

Belçikada dekabrın 26-dan "omikron" ştammının yayılması təhlükəsi səbəbindən koronavirus pandemiyası ilə mübarizə üçün daha sərt tədbirlər tətbiq edilməyə başlayıb.

Trend-in məlumatına görə, bu barədə "Kommersant" qəzeti xəbər verib.

Ölkədə kinoteatrlar, teatrlar, konsert zalları və digər əyləncə təşkilatları bağlanıb. İdman tədbirlərinə tamaşaçıların buraxılması da qadağandır.

Məktəblərdə 6 yaşından yuxarı şagirdlər qoruyucu maskalar taxmağa məcburdurlar. Həmçinin, yanvarın 10-dək təhsil müəssisələrinin tətil üçün vaxtından əvvəl bağlanması qərara alınıb.

Şirkət rəhbərlərinə mümkün olduqda əməkdaşları məsafədən iş rejiminə köçürmələri tövsiyə edilib. Onlar həftədə ən azı dörd gün evdən işləməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti