Bakı. Orxan Nəbiyev - Trend:
Türkiyənin İstanbul şəhərində zəncirvari avtomobil qəzası baş verib.
Trend-in məlumatına görə, 9 avtomobilin toqquşduğu qəzada azı 5 nəfər xəsarət alıb.
Hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, qəza ilə əlaqədar bölgədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.