...

Finlandiya və İsveç NATO-ya üzv olmaq üzrə danışıqları bir raundda başa vurublar

Dünya xəbərləri Materials 4 İyul 2022 21:08 (UTC +04:00)
Finlandiya və İsveç NATO-ya üzv olmaq üzrə danışıqları bir raundda başa vurublar

Bakı. Trend:

Finlandiya və İsveç bu gün NATO-ya üzv olmaq üzrə danışıqlara başlayıb və bir raundda danışıqları başa vurublar.

Trend xəbər verir ki, bu barədə NATO-nun yaydığı bəyanatda deyilir.

"Finlandiya və İsveç iyulun 4-də NATO-nun Madriddə keçirilən sammitində əldə olunan razılaşmaya uyğun olaraq NATO-ya üzv olmaq üzrə danışıqları başa çatdırıblar. Hər iki ölkə NATO üzvlüyünün nəzərdə tutduğu siyasi, hüquqi və hərbi öhdəlikləri yerinə yetirmək istəyi və bacarıqlarını təsdiqləyib", - deyə bəyanatda bildirilir.

Qeyd edilir ki, danışıqlar başa çatdıqdan sonra alyans üzrə müttəfiqlər iyulun 5-də NATO-nun mənzil-qərargahında Finlandiya və İsveçin alyansa qoşulması haqqında protokolları imzalamalıdırlar.

Növbəti mərhələdə protokollar milli prosedurlara uyğun olaraq ratifikasiya edilməsi üçün NATO ölkələrinə göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti