...

Avropada təbii qazın qiyməti 3200 dolları keçib

Dünya xəbərləri Materials 25 Avqust 2022 11:58 (UTC +04:00)
Avropada təbii qazın qiyməti 3200 dolları keçib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropada təbii qazın qiyməti martın 8-dən bəri ilk dəfə min kubmetr üçün 3 200 dollar həddini keçib.

Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın sentyabr fyuçersləri 3 238,5 dollar ətrafında alınıb-satılır.

Qiymətlər son sutka ərzində təxminən 8 faiz artıb.

Bahalaşmaya səbəb kimi "Şimal axını" kəmərində planlaşdırılan təmir işləri, eləcə də Asiya bazarında mayeləşdirilmiş təbii qaz fyuçerslərinin qiymətinin artması göstərilib.

Xatırladaq ki, Avropada təbii qaz qiymətləri martın 7-də tarixi rekord vuraraq min kubmetr üçün 3 898 dollar həddinə çatmışdı. Bir sıra mütəxəssislər təbii qazın 4 min dollar həddini keçəcəyini istisna etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti