...

Daşkənddən Almatıya uçan təyyarə güclü hava boşluğu zonasına düşüb, xəsarət alanlar var

Dünya xəbərləri Materials 2 Yanvar 2023 20:21 (UTC +04:00)
Daşkənddən Almatıya uçan təyyarə güclü hava boşluğu zonasına düşüb, xəsarət alanlar var

Bakı. Trend:

Daşkənd-Almatı marşrutu ilə uçan "Air Astana" aviaşirkətinə məxsus təyyarə güclü hava boşluğu zonasına düşüb.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi aviaşirkətin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, hadisə nəticəsində 7 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Bu gün aviaşirkət Daşkənd-Almatı marşrutu üzrə KC 128 reysini həyata keçirib. Təyyarə yerli vaxtla saat 14:35-də havaya qalxıb. Uçuş zamanı təyyarə qəflətən güclü hava boşluğu zonasına düşüb. İklin məlumata əsasən, 7 nəfər xəsarət alıb", - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, təyyarə yerli vaxtla saat 16:45-də Almatıda eniş edib.

"Təyyarənin heyəti sərnişinlərə ilkin tibbi yardım göstərib. Pilotlar hadisə barədə hava limanının xidmətlərinə məlumat veriblər. Təcili yardım maşınları yardım göstərmək üçün hava limanında sərnişinləri gözləyiblər", - deyə açıqlamada bildirilir.

Bildirilir ki, aviaşirkət baş verən hadisədən təəssüflənir və reysin sərnişinlərinə hər cür köməklik göstərəcək:

"Hadisə ilə bağlı səlahiyyətli orqanlar tərəfindən araşdırma aparılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti