...

Fransanın Marsel şəhərində yaşayış binası uçub

Dünya xəbərləri Materials 9 Aprel 2023 06:47 (UTC +04:00)
Fransanın Marsel şəhərində yaşayış binası uçub

Bakı. Trend:

Bazar gününə keçən gecə Fransanın Marsel şəhərinin mərkəzində yaşayış binası uçub.

Trend-in məlumatına görə, bu barədə "France 3" telekanalına şəhər meri Benua Payan deyib.

Mer qeyd edib ki, bitişik binaların sakinləri təxliyə edilib. O əlavə edib ki, hazırda hadisə yerində yanğın davam edir və bu, axtarış tədbirlərinə mane olur.

"İndi mən sizinlə danışanda binanın uçmasının dəqiq səbəblərini bilmirik, amma ciddi şəkildə partlayış olduğundan şübhələnirik", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti