...

15 İyul Türkiyə tarixinin ən dəhşətli terror hadisələrindəndir - Hakan Fidan

Dünya xəbərləri Materials 15 İyul 2023 13:06 (UTC +04:00)
15 İyul Türkiyə tarixinin ən dəhşətli terror hadisələrindəndir - Hakan Fidan

Bakı. Trend:

15 İyul Türkiyə tarixinin ən dəhşətli terror hadisələrindən biri idi.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bunu Türkiyənin xarici içlər naziri Hakan Fidan Cakartaya səfəri zamanı deyib.

Səfər zamanı H.Fidan İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə birgə mətbuat konfransı keçirib.

FETÖ-nün çevriliş cəhdindən 7 il keçdiyinə diqqət çəkən Türkiyənin xarici islər naziri, 15 İyul hadisələrinin Türkiyə tarixinin ən dəhşətli terror hadisələrindən biri olduğunu bildirib. Çevriliş cəhdi zamanı 251 vətəndaşın həyatını itirdiyini, 2 mindən çox insanın isə yaralandığını bildirən Fidan demokratiya, azadlıq və suverenlik uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini yad edib.

"İndoneziya Türkiyənin uzunmüddətli dostluq və əməkdaşlıq əlaqələri qurduğu strateji tərəfdaşıdır. Fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlər zamanı İndoneziya köməyə gələn ilk ölkələr arasında idi. Bu səbəbdən, biz əlaqələrimizi yüksək qiymətləndiririk və onları mümkün olan hər sahədə gücləndirəcəyimizə ümid edirik”,- deyə H.Fidan əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti