...

İran XİN rəhbəri Qətərin baş naziri ilə bölgədəki son hadisələri müzakirə edib

Dünya xəbərləri Materials 27 Avqust 2023 13:27 (UTC +04:00)
İran XİN rəhbəri Qətərin baş naziri ilə bölgədəki son hadisələri müzakirə edib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, tərəflər bölgədə baş verən son hadisələri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

İranın xarici işlər naziri Qətər hökumətinə ölkənin həm regional, həm də beynəlxalq səviyyədə göstərdiyi müsbət rola görə təşəkkür edib və Qətərin İranın dondurulmuş aktivlərinin açılmasında konstruktiv rolunu yüksək qiymətləndirib.

Qətərin baş naziri və xarici işlər naziri İranın Qətərlə dostluq münasibətlərindən məmnunluq ifadə edib. O, həmçinin iki tərəf arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti