...

ABŞ-nin Florida ştatında güclü qasırğa gözlənilir

Dünya xəbərləri Materials 30 Avqust 2023 12:52 (UTC +04:00)
ABŞ-nin Florida ştatında güclü qasırğa gözlənilir
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Florida ştatında güclü "İdalia" qasırğası gözlənilir.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi X (Tvitter) sosial şəbəkəsində məlumat paylaşıb.

Məlumata görə, "İdalia"nın okeanda suyun səviyyəsinin artmasına və güclü leysana səbəb olacağı proqnozlaşdırılır.

Floridanın Tallahassi şəhərinin meteoroloji xidmətində bu, "misilsiz hadisə" olaraq adlandırılıb.

Florida qubernatoru Ron de Santis ştatın 46 dairəsində fövqəladə vəziyyət elan edib.

Qeyd edək ki, "İdalia" Kubanın qərb hissəsində güclü yağışlara səbəb olub. Pinar-del-Rio əyalətinin qərbində fövqəladə vəziyyət elan olunub, daşqın təhlükəsinin olduğu bildirilib.

Proqnozlara görə, "İdalia" qasırğası Floridadan keçdikdən sonra Corciya, Cənubi və Şimali Karolina ştatlarına doğru yönələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti