...

Bədii gimnastika üzrə 28-ci Bakı çempionatının yekun gününə start verilib

Dünya xəbərləri Materials 7 Oktyabr 2023 13:56 (UTC +04:00)
Bədii gimnastika üzrə 28-ci Bakı çempionatının yekun gününə start verilib
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Bakı çempionatının yekun gününə start verilib.

Trend şənbə xəbər verir ki, bu gün "yeniyetmələr" və "gənclər" yaş kateqoriyalarında çıxış edən gimnastlar arasında ayrı-ayrı növlər üzrə qaliblər və mükafatçılar müəyyən ediləcək.

Yarışlarda "Ocaq Sport" klubunun (Bakı və Hövsan), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin (Bakı Gimnastika Məktəbinin), Respublika Kompleks İdman Məktəbinin, "Grasiya" idman klubunun, Su İdmanı Sarayının, "Zirə" Mədəniyyət Mərkəzinin, "Zabrat" idman klubunun, "Şağan" Olimpiya İdman Kompleksinin təmsilçiləri çıxış edirlər.

Bədii gimnastika üzrə 28-ci Bakı çempionatı, uşaqlar (2013-2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyasında idmançılar arasında keçirilir.

Xatırladaq ki, yarışların ikinci günündə bütün yaş kateqoriyalarında fərdi çoxnövçülük üzrə qaliblər və mükafatçılar müəyyən edilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti