...

Yunanıstanda bələdiyyə seçkiləri keçiriləcək

Dünya xəbərləri Materials 8 Oktyabr 2023 05:27 (UTC +04:00)
Yunanıstanda bələdiyyə seçkiləri keçiriləcək

Bakı. Trend:

Yunanıstanda bütün 13 bölgə və 332 bələdiyyənin rəhbərinin seçkiləri keçiriləcək.

Trend-in məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılacaq və saat 19:00-a qədər açıq olacaq.

Əgər bölgələrin və ya bələdiyyələrin hər hansı birində 43 faizdən çox səs toplayan qalib müəyyən edilməzsə, oktyabrın 15-də orada seçkilərin ikinci turu keçiriləcək. O halda seçicilər ən çox səs toplayan iki namizəddən birinə səs verməli olacaqlar.

Yalnız birinci turda ən azı 3 faiz səs toplayan partiyanın və ya partiya koalisiyasının namizədləri bələdiyyə və ya rayon şurasına daxil ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti