...

İsrail universitetlərində tədris bu səbəbdən təxirə salındı

Dünya xəbərləri Materials 24 Oktyabr 2023 14:00 (UTC +04:00)
İsrail universitetlərində tədris bu səbəbdən təxirə salındı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail universitetlərində tədris ehtiyatda olan əsgərlərin çağırışı başa çatana qədər təxirə salacaq.

Trend xəbər verir ki, bu barədə İsrail Universitet Rektorları Komitəsi məlumat yayıb.

Bildirilib ki, universitetlərdə dərslər dekabrın 3-dən tez başlamayacaq.

Qeyd edək ki, oktyabrın 15-də başlamalı olan payız semestri noyabrın 5-nə təxirə salınmışdı.

Komitə bildirib ki, 360 000-ə yaxın İsrail ordusunun ehtiyatda olan hərbi qulluqçusu çağırışa qoşulub ki, onların arasında minlərlə tələbə və universitet işçiləri var. Bütün universitet tələbələrinin təxminən 30%-i hazırda xidmət edənlər arasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti