...

ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı

Dünya xəbərləri Materials 5 Yanvar 2024 14:07 (UTC +04:00)
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-1 Lancer" bombardmançı təyyarə Cənubi Dakota ştatında uğursuz eniş zamanı qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə ABŞ KİV-i məlumat yayıb.

Təyyarənin təlim uçuşu həyata keçirdiyi və Elsuort aviabazasına eniş zamanı qəzaya uğradığı qeyd olunur. Ekipajın dörd üzvünün hamısı katapulta etməyə nail olub.

İlkin versiyaya görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub. Hadisə xüsusi hərbi komissiya tərəfindən araşdırılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti