...

Gürcüstanda parlament seçkilərinin vaxtı məlum olub

Dünya xəbərləri Materials 10 Yanvar 2024 18:35 (UTC +04:00)
Gürcüstanda parlament seçkilərinin vaxtı məlum olub
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda parlament seçkiləri bu il oktyabrın 26-da keçiriləcək.

Trend Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, parlament seçkilərində iştirak hüququ əldə etmək üçün partiyaların qeydiyyat proseduru Gürcüstanın Seçki Məcəlləsinin 133-cü maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Parlament seçkilərində iştirak üçün 2020-ci ildə ümumilikdə 13 partiyanın qeydiyyatdan keçdiyi bildirilir. Sözügedən partiyalar parlament seçkilərinin tarixi müəyyən olunandan sonra 57 gün ərzində partiya rəhbəri və ya rəhbərləri tərəfindən imzalanmış müvafiq ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti