...

Somali prezidentinin oğlu sərbəst buraxılıb

Dünya xəbərləri Materials 12 Yanvar 2024 19:24 (UTC +04:00)
Somali prezidentinin oğlu sərbəst buraxılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Somali prezidentinin oğlu Türkiyəyə gətirilərək ifadəsi alınıb.

Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, Somali prezidentinin oğlu Məhəmməd Həsən Şeyx Mahmudun ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Xatırladaq ki, ötən il noyabrın 30-da İstanbul şəhərində Məhəmməd Həsən Şeyx Mahmudun idarə etdiyi avtomobil motosikletlə toqquşub. Nəticədə 38 yaşlı motosiklet sürücüsü həyatını itirib.

Bunun ardınca Məhəmməd Həsən Şeyx Mahmudun Türkiyədən qaçması iddia edilib. Lakin atası oğlunun vacib görüşlərlə əlaqədar Somaliyə qayıtmalı olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti