...

Litva hərbçiləri hakimiyyətdən ordunun tanklarla təminatını tələb edir

Dünya xəbərləri Materials 12 Yanvar 2024 23:55 (UTC +04:00)
Litva hərbçiləri hakimiyyətdən ordunun tanklarla təminatını tələb edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ağır zirehli maşınlar, o cümlədən tanklar Litva ordusunun xidmətində olmalıdır.

Trend TASS-a istinadən verdiyi məlumata görə, bunu silahlı qüvvələrin komandanı general Valdemaras Rupşis ictimaiyyət qarşısında çıxışında deyib.

"Siyasi rəhbərliyə çatdırırıq ki, əks-hücumlar və müəyyən obyektləri ələ keçirmək üçün bizə hərbi vasitələr lazımdır. Söhbət Litvanın mütləq ehtiyacı olan mexanikləşdirilmiş və tank bölmələrindən gedir".

Komandan qeyd edib ki, müəyyən dairələrdə bu və ya digər silah növünü birinci yerə qoymağa çalışırlar. O, bu kampaniyanı səhv hesab edir.

"Bu gün tanklar və ya pilotsuz təyyarələr, pilotsuz təyyarələr və ya artilleriya barəsində söhbətlər eşidirik. Bunlar qəribə söhbətlərdir", - general vurğulayıb.

"Bu, ya digəri ola bilməz, hər şey lazımdır", - o əlavə edib.

Hazırda Litva ordusunda tank yoxdur, lakin silahlı qüvvələrdə tank taborunun da daxil olacağı diviziya formalaşdırmaq və yerləşdirmək planları var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti