...

Şimali Koreya nüvə müharibəsi riski barədə xəbərdarlıq edib

Dünya xəbərləri Materials 28 Yanvar 2024 14:40 (UTC +04:00)
Şimali Koreya nüvə müharibəsi riski barədə xəbərdarlıq edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin təxribatçı hərəkətləri Koreya yarımadasında nüvə müharibəsinə səbəb ola bilər.

Trend xəbər verir ki, bu barədə Koreya Fəhlə Partiyasının nəşri olan “Nodong Sinmun” məlumat yayıb.

“Koreya yarımadasında münaqişə qızışarsa, bu, dünya nüvə müharibəsinə çevriləcək və bəşəriyyətə saysız-hesabsız fəlakətlər gətirəcək”, – Şimali Koreya qəzetində dərc olunan məqalədə deyilir.

Nəşr hesab edir ki, təcavüzkar müharibəyə başlamağa və qlobal təhlükəsizliyi tapdalamağa çalışan “imperialistlərə” qarşı bütün ölkələr birləşməlidir. Məqalə müəllifləri bildirirlər ki, KXDR münaqişə üçün yer olmayan dünya qurmaq üçün mübarizəni davam etdirəcək.

Bundan əvvəl Şimali Koreyanın şərq sahillərindən Yapon dənizinə doğru bir neçə qanadlı raket atdığı bildirilib. Cənubi Koreya ordusu monitorinqi gücləndirdiyini və Şimali Koreyanın hərəkətlərini izləmək üçün ABŞ ilə koordinasiya apardığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti