...

Putinin daha bir rəqibi seçkidən geri çəkilib

Dünya xəbərləri Materials 31 Yanvar 2024 14:12 (UTC +04:00)
Putinin daha bir rəqibi seçkidən geri çəkilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Azadlıq və Ədalət Partiyasının (RPSS) qurucusu Andrey Boqdanov prezidentlik yarışından geri çəkildiyi barədə bəyanat yazıb.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev məlumat verib.

Yanvarın 31-də səhər saatlarında Boqdanov prezidentliyə namizəd kimi qeydə alınmaması üçün Mərkəzi Seçki Komissiyasına imzalar təqdim edib.

Qeyd edək ki, ötən gün Rusiya Xalq Birliyi Partiyasının lideri Sergey Baburin də prezidentliyə namizədliyini geri götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti