...

Blinken və Vanq Yi Münxendə Tayvan və Yaxın Şərqi müzakirə ediblər

Dünya xəbərləri Materials 17 Fevral 2024 02:23 (UTC +04:00)
Blinken və Vanq Yi Münxendə Tayvan və Yaxın Şərqi müzakirə ediblər

Bakı. Trend:

ABŞ Dövlət katibi Antoni Blinken və Çinin xarici işlər naziri Vanq Yi Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ölkələr arasında dialoqun vacibliyini, Tayvan məsələsini və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.

Bəyanatda deyilir: “Dövlət katibi Tayvan boğazı boyunca və Cənubi Çin dənizində sülh və sabitliyin qorunmasının vacibliyini vurğuladı”.

Blinken və Vanq Yi, həmçinin bir sıra strateji məsələlərdə ABŞ və Çin arasında açıq kommunikasiya xətlərinin saxlanmasının vacibliyini qeyd ediblər.

"Tərəflər Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi də aparıblar. Dövlət katibi Yaxın Şərqə son səfərindən və ABŞ-ın bölgədəki diplomatik səylərindən danışıb", - deyə məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti