...

Antalyada avtobus dərəyə aşıb, xəsarət alan var

Dünya xəbərləri Materials 11 May 2024 07:48 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə şagirdlərin olduğu avtobus yağış səbəbindən idarəetmədən çıxaraq dərəyə aşıb.

Trend xəbər verir ki, hadisə Antalya şəhərində baş verib.

Qəza nəticəsində 25 nəfər xəsarət alıb.

Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti