...

Mənə qarşı olan bütün məhkəmə işləri ilə Ağ Evin əlaqəsi var - Tramp bəyan edib

Dünya xəbərləri Materials 11 May 2024 11:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Co Baydenin rəhbərlik etdiyi hazırkı Amerika administrasiyasının ABŞ-nin keçmiş Prezidenti Donald Trampa qarşı məhkəmə prosesləri ilə əlaqəsi var.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Donald Tramp deyib.

"Mənə qarşı qaldırlan bütün məhkəmə işləri ilə bağlı çoxsaylı sübutlar var, Ağ Ev və Ədliyyə Nazirliyi tərəfindən planlaşdırılıb və koordinasiya edilir. Sadəcə rüsvayçılıqdır. Bu, Baydenə siyasi rəqibinə qarşı mübarizədə kömək etmək üçün edilir", - o əlavə edib.

Qeyd edilir ki, Tramp barəsində məxfi sənədlərin saxlanılması ilə bağlı iş qeyri-müəyyən müddətə təxirə salınıb. Ona qarşı dörd cinayət işi çərçivəsində 91 ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti