...

Almaniyada Rusiya Baş Konsulluğunun keçmiş binasına hücum edildi

Dünya xəbərləri Materials 10 May 2024 15:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Leypsiq şəhərində naməlum şəxslər Rusiya Federasiyası Konsulluğunun keçmiş binasına hücum edib

Trend bu barədə RF-nin Almaniyadakı səfirliyinə istinadən xəbər verir.

"9 may 2024-cü ildə yerli vaxtla saat 16.00 radələrində Rusiya Federasiyasının Leypsiqdəki keçmiş Baş Konsulluğunun kompleksinə bir qrup naməlum şəxs tərəfindən hücum edilib", - səfirlikdən bildirilib.

Səfirliyin məlumatına görə, altı nəfər pilləkənlərin köməyilə eyvana çıxıb, orada anti-Rusiya plakatları yerləşdirib. Daha 20-yə yaxın şəxs aksiyanı küçədən dəstəkləyib. Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən qanun pozucuları saxlanılıb.

Xəbər lenti

Xəbər lenti